Ən bahalı sabun

Dünyanın ən bahalı sabunu istehsal edilib. ANS PRESS-in "CNN Türk"ə istinadla verdiyi məlumata görə, ən bahalı sabun Livanda istehsal edilib. İçinde 17 qram qızıl, 3 qram almaz tozu olan sabunun adı "Katar"dır. Qiyməti isə 2 min 800 dollardır. Sabunun istehsalı üçün şirkətə 1,5 ay vaxt lazım olub.

"Katar" sabunu üzə canlılıq və təravət vermək üçün hazırlanıb. Sabunun tərkibində qiymətli metal və daş tozundna əlavə, müxtəlif ətirlər,yağlarda var.

Dünyanın ilk ən bahalı sabunu Qətər əmirinin həyat yoldaşına hədiyyə ediləcək.

Sabunu istehsal edən və bu sahədə uzun illər təcrübəyə malik olan şirkət rəsmisi Ginnesin rekordlar kitabına düşməyi də hədəflədiklərini deyib.

AzNews.az