Kommunist liderin nəvəsi davada öldürüldü


Los-Ancelosda Çexislovakiya Kommunist Partiyasının sonuncu katibi Miloş Yakeşin nəvəsi öldürülüb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, öldürülən gəncin babası 1980-cı illərdə partiyanın bş katibi postunu tutub.

Nəvə Peter Yakeşin davada öldürüldüyü bildirilir.

Çexiyanın Nyu-Yorkdakı diplomatik missiyasından verilən məlumata görə, Peter Yakeş oxumaq üçün 2 illiyinə Amerikaya gedib. Onun öldürüldüyü davanın hansı səbəbdən baş verdiyi hələlik açıqlanmır. Gəncin cəsədi Çexiyaya göndərilib.

Qeyd edək ki, M.Yakeş 1987-89-cu illərdə KP-nın baş katibi olub. Çexislovakiyada inqilabdan sonra isə öz postunu tərk etməli olub.

Elnur
AzNews.az