- Köhnə - Dünya
- 24 Noyabr 2013 22:48
- 4 089
Seçki məntəqəsində 5 nəfər güllələndi
AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 24 noyabrda, Hondurasda ölkə rəhbərliyinə seçkilər günü seçki məntəqələrindən birinin yanında naməlum şəxslər 5 nəfəri güllələyiblər.
Hadisə ölkənin karib sahillərində, Qrasuas - a - Dos departamenti ərazisində, səsverməyə 30 dəqiqə qalmış baş verib. Qətlin seçkilərlə bağlı olub-olmaması və ya yerli narkomafiyanın növbəti əməli olması arasdırılır.
Xatırladaq ki, hohduraslıların qarşısında yeni ölkə başçısı, 3 vitse prezident, milli konqresə 128 deputat, Mərkəziamerika parlamentinə 20 deputat, habelə 300 yerli deputatlar seçmək vəzifəsi durur.
Ölkə başçısı olmaq üçün 9 nəfərin namizədliyi irəli sürülüb.
Əli
AzNews.az