Yəmən müdafiə nazirliyinə hücumda 52 tibb işçisi həlak oldu

AzNews.az Al Arabiya telekanalına əsaslanan rus mətbuatına istinadən xəbər verir ki, Yəmən müdafiə nazirliyinə quldurların hücumu zamanı 52 tibb işçisi qətlə yetirilib. Həlak olanların içində Almaniya vətəndaşları da var.
Əvvəlcə xəbər verilmişdi ki, 20 nəfər hərbiçi öldürülüb. Ümumi nəticədə 70 nəfər həlak olub ki, onların arasında Yəmən prezidentinin yaxın qohumları da var.
Hadisədən əvvəl əlində partlayıcı qurğu olan terrorçu - kamikadze nazirliyin ərazisinə daxil olub. Partlayışdan sonra əraziyə silahlı şəxslər hücum edərək hər tərəfi atəşə tutublar. Quldurlar nazirliyin xəstəxanasına və iki inzibati binaya da hücum ediblər.

Əli
AzNews.az