Mister Bin qayıdır - FOTO

Dünyanın ən məşhur komik aktyorlarından biri Rouen Atkinson, deyəsən, ampluasını dəyişmək niyyətindədir.

Bləkkədder, Mister Bin və Conni İnqliş rolları ilə fenomenal populyarlıq qazanmış 59 yaşlı komik indi Britaniyanın ITV telekanalındakı "Sherlock Holmes of France" (Fransanın Şerlok Holmsu) teleserialında çəkilmək istəyir.

Milli.az bildirir ki, həmin teleserialda R.Atkinson əfsanəvi personaj olan komissar Jül Meqre rolunu oynayacaq.

12 seriyadan ibarət teleserial rimeykdir. "Sherlock Holmes of France" teleserialı 21 il əvvəl ITV-də nümayiş olunmuşdu və baş rolda da Maykl Qembon oynayıb.

Daha sonra isə Meqre obrazını Riçard Harris və Jan Rişar yaradıb.

BBC telekanalının ən məşhur Meqresi isə Rupert Devis olub.

AzNews.az