- Köhnə - Dünya
- 7 Sentyabr 2012 10:11
- 3 023
İran AEBA-dan dəlilləri istəyir
Ə. Sultaniyə ABŞ və İsrailə eyham vuraraq, İranın nüvə proqramının hərbi məqsədlərə xidmət etdiyi ilə bağlı iddiaların həmin ölkələrdən əldə olunmuş həqiqətə uyğun olmayan məlumatlardan qaynaqlandığını deyib: "AEBA bu ölkələrdən əldə etdiyi dəlilləri bizə də verməlidir". O deyib ki, bəzi ölkələr AEBA-nı istiqamətləndirməklə İrandan davamlı şəkildə nələrsə tələb edir və təzyiqlər göstərirlər: "AEBA ilə İran arasında əməkdaşlığın davam etməsi üçün bu qurum öz öhdəliklərini də yerinə yetirməlidir. Biz agentliklə əməkdaşlığı davam etdirməyə hazırıq. Ancaq AEBA-nın rəftarı və tələbləri bu əməkdaşlığa əngəl törədir".
Ə. Sultaniyə vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı fəaliyyət göstərən bir çox elm adamı sui-qəsd nəticəsində qətlə yetirilib: "Bundan əlavə, nüvə obyektlərimizdəki kompyuterlər kiberhücuma məruz qalıb". O, AEBA-nın Parçin hərbi-sənaye kompleksi ilə bağlı peyk görüntülərinə əsaslanaraq, irəli sürdüyü iddiaları da təkzib edib: "Ümumiyyətlə, İranın nüvə proqramının hərbi məqsədlərə xidmət etməsinə sübut kimi göstərilən peyk görüntüləri saxtadır. Parçin hərbi-sənaye kompleksində sülh məqsədlərinə xidmət etməyən heç bir iş görmür. Bu obyektdəki hərbi fəaliyyətlərimizin agentliklə heç bir əlaqəsi yoxdur".
AzNews.az