Airbus A330 təyyarəsini qırıcılar endirdi

"Qətər hava yolları"na məxsus Airbus A330 təyyarəsi Britaniyanın kral Hərbi Hava Qüvvələrinin qırıcılarının müşayiəti ilə Mançester şəhərinin aeroportuna enib.

ANS PRESS-in məlumatına görə, hərbi aviasiyanın müdaxiləsi "pilot tərəfindən təyyarədə partlayıcı qurğu olduğu barədə informasiyaya" görə lazım olub.

"Biz bilmirik, təhlükə nə qədər ciddidir, ancaq vəziyyətə tam ciddiliklə yanaşmaq lazımdır", - deyə aeroport rəsmisi Con O`Xara bildirib.

Onun sözlərinə görə, aeroportda və uçuş meydanında polis və başqa xidmətlərin nümayəndələri iş aparırlar.

Məlumdur ki, Mançesterə gələcək reyslərdən biri başqa aeroporta yönləndirilib.

Hazırda təyyarənin içində ciddi yoxlamalar gedir.

AzNews.az