- Köhnə - Dünya
- 12 Sentyabr 2014 09:53
- 4 098
Rusiya elminə ağır zərbə

Avropa və ABŞ mediası rus alimləri tərəfindən göndərilən materialları çap etməkdən imtina edir
Avropa və ABŞ-ın aparıcı elmi mediası rus alimləri, fizikləri və kimyaçıları tərəfindən göndərilən materialları çap etməkdən imtina edir.ANS PRESS-in məlumatına görə, alimlər hesab edir ki, materialların nəşrindən imtina tendensiyası Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan qaynaqlanır.
Daha çox Rusiya Elmlər Akademiyasının Kimya Fizika Problemləri İnstitutunun elmi məqalələri Qərbdən "yox" cavabı alıb. Adıçəkilən institutun elmi işçiləri qeyd edib ki, belə hallar iyundan başlayıb.
İnstitutun elmi işçisi Pavel Troşin bildirib ki, oxşar situasiya 2008-ci ildə, Cənubi Osetiya müharibəsi zamanı da baş verib. O qeyd edib ki, 2009-2013 –cü illərdə Qərb mediasında yüzlərlə məqalə dərc etdirib. Lakin son üç ay ərzində məqalələrin nəşrindən imtina etməklə bağlı Qərbdən 7 məktub alıb.
AzNews.az