- Köhnə - Dünya
- 22 Sentyabr 2014 12:40
- 3 541
Rusiya Ukraynaya dənizdən hücuma hazırlaşır

“Rusiyanın terrorçu qüvvələri dəniz, eləcə də Donetsk və Luqansk vilayətlərinin şimalından hücum etməyə hazırlaşır”.
AzNews.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Dmitri Timçuk öz Feysbuk səhifəsində çıxış edib.
O, bu dəqiqə terrorçuların rəhbərliyinin Rusiya komandanlığı ilə hansı istiqamətdə hücumun daha faydalı olacağı müzakirələrinin aparıldığını bildirib:
"Aktiv müzakirə olunan məsələlərdən biri isə "Bes" ləqəbli Bezlerin "Novorosiya"ya rəhbər gətirilməsidir. Bununla eyni zamanda terrorçu qrupların rəhbərliyində ciddi kadr islahatlarının da aparılması müzakirə edilir".
