“Son zamanlar insanların yer dəyişməsi müşahidə olunur. Evlərini müvəqqəti tərk edən Donbass əhalisi geri qayıtmağa başlayıblar”. “Son zamanlar insanların yer dəyişməsi müşahidə olunur. Evlərini müvəqqəti tərk edən Donbass əhalisi geri qayıtmağa başlayıblar”.

52 min insan separatçılardan azad edilən torpaqlara qayıdıb – Rəsmi

“Son zamanlar insanların yer dəyişməsi müşahidə olunur. Evlərini müvəqqəti tərk edən Donbass əhalisi geri qayıtmağa başlayıblar”.



AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq İdarələrarası əlaqələndirmə qərargahının rəhbəri Vasiliy Stoetskiy məlumat verib. Qərargah rəhbəri bildirib ki, 22 sentyabrda müşahidə olunan vəziyyətə görə, 51 min 811 insan daimi yaşayış yerlərinə qayıdıb. Təkcə son sutkalar ərzində Ukraynanın müxtəlif bölgələrindən 2326 insan evlərinə geri dönüb.

Xatırladaq ki, BMT 19 sentyabra olan məlumata görə, Donbasdan olan 200 min qaçqının azad edilən torpaqlara geri qayıtdığını açıqlamışdı.

Aydan Axundova
AzNews.az