Youtube bağlandı

"Müsəlmanların məsumluğu" filmi Youtube-un bağlanması ilə nəticələndi. AzNews.az-ın Newsru.com saytına istinadən verdiyi xəbərə görə, Pakistanın baş naziri Radja Pərviz Youtube-un ölkədə fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib.

Buna səbəb video paylaşım saytının filmi silməkdən imtina etməsi olub. Pakistan rəhbərliyi filmin saytdan tam silinəcəyi vaxta qədər qərarın qüvvədə olacağını deyir.

Nəzərinizə çatdıraq ki, Rusiya Baş Prokurorluğu da məhkəmə qarşısında filmin yayımının dayandırılması ilə bağlı iddia qaldırıb.

Sadiq
AzNews.az