- Köhnə - Dünya
- 9 Oktyabr 2014 09:22
- 2 173
Meksikada itkin tələbələrə görə etirazlar başladı

Oktyabrın 8-də Meksikanın paytaxtında minlərlə etirazçı nümayişə çıxaraq hökumətdən itkin düşən onlarla tələbəni tapmağı tələb edib.
AzNews.az xəbər verir ki, tələbələrin banda üzvləri və polis tərəfindən qətlə yetirildiyi güman edilir.
Müəllimlər Kollecinin tələbələri sentyabrın 26-da qeyri-sabit, bandaların nəzarətində olan Guerrero ştatının İquala şəhərində polislə toqquşmadan sonra itkin düşüb.
Həftəsonu şəhər yaxınlığında yandırılmış cəsədlərdən ibarət gizli məzarlıq tapılıb.
Tələbələr təhsil islahatına etiraz edirdilər.
AzNews.az