Kuba prezidenti Raul Kastro ABŞ prezidenti Barak Obamanın əlini sıxıb. Kuba prezidenti Raul Kastro ABŞ prezidenti Barak Obamanın əlini sıxıb.

Kuba prezidenti Obamanın əlini sıxdı - VİDEO+FOTO

Kuba prezidenti Raul Kastro ABŞ prezidenti Barak Obamanın əlini sıxıb.

AZNEWS.AZ xəbər verir ki, hadisə Panamada keçirilən "Amerik" sammitində baş verib.

Sammitlə bağlı BMT-nin baş katibi Pan Gi Mun maraqlı açıqlama verib. O bildirib ki, iki Amerika narkotik alverinə qarşı ciddi mübarizə aparmalıdır.

"Region sülh zonası statusunu dəstəkləyir. Amerika uzun müddətdir ki, hökm sürən fikir ayrılığına son qoyur. Bunun sammitdə şahidi olduq. İlk dəfədir ki, Amerikanın 35 ölkəsi belə tədbirdə bir yerə toplaşır. İnanıram ki, dövlətlərarası ayrıseçkilik aradan qaldırılacaq", - deyə BMT-nin baş katibi sammitdə çıxışı zamanı bildirib.