- Köhnə - Dünya
- 13 Aprel 2015 02:21
- 2 910
Davudoğlu Roma Papasına səsləndi: “Savadsızlığın sübut olundu”
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Roma Papası Fransiskin yalançı “erməni soyqırımı” ilə bağlı verdiyi bəyanatına sərt təpki verib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "f5haber" saytı yayıb.
Davudoğlu Papaya səslənərək deyib: "Dini liderlərdən bizim gözləntimiz sülh haqda müraciətləri ola bilər. Roma Papası vaxtilə Türkiyəyə səfər etdiyi zaman sülh mesajları vermişdi. İndi isə tarix sahəsində savadı olmadığını bugünkü bəyanatı ilə sübuta yetirdi".
Qərb dünyasına müraciət edən Davudoğlu bunları bildirib: "Tarixi mübahisələri açsaq, bundan ən çox utanc duyacaq faktorlar Avropanın içindəki faktorlardır. Avropadan qaçan yəhudilərə qucaq açan türklər olub. Xarici amillər olmasaydı, 1915-ci il hadisələri baş verməyəcəkdi. İztirabları birtərəfli oxumaq cənab Papaya yaraşmaz. Roma Papasının bəyanatı yüksələn irqçiliyə bonus verir. Arxivləri açaq dedik, amma könülləri qapalı olanlara arxivləri açmaq bir fayda vermir".