Netenyahu artıq qərarın qəbul olunduğunu deyib Netenyahu artıq qərarın qəbul olunduğunu deyib

İsraildə növbədənkənar parlament seçkiləri

Netenyahu artıq qərarın qəbul olunduğunu deyib



İsrailin hökumət başçısı Benyamin Netenyahu Knessetə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı açıqlama verib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Netenyahu bu barədə qərarı dünən axşam saatlarında açıqlayıb.

O, parlament seçkilərinin növbədənkənar keçirilməsini ölkənin qarşısında duran həlli vacib məsələlərlə əlaqələndirib.

O, bildirib ki, yeni hökumət formalaşdırılmalıdır ki, dünyada gedən iqtisadi böhranla baş edə bilsin və ölkənin müdafiə qüdrətini artırsın. O, indiki partiyaları dar çərçivədə düşünməkdə, öz maraqlarını müdafiə etməkdə d’günahlandırıb.

Qeyd edək ki, İsraildə yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr bir müddət idi ki, gedirdi.

Sadiq Musa
AzNews.az