Hərbi təyyarə “Coca-Cola“ zavoduna düşdü- 8 ölü

İspaniyanın Sevilya şəhərində aviaqəza nəticəsində ən azı 8 nəfər ölüb.



Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə hökumət başçısı Mariano Raxoy bildirib.

Baş nazirin sözlərinə görə, qəzaya uğrayan "A400M" hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 8-10 nəfər olub və onların hamısı həlak olub.

Yerli KİV-in məlumatına əsasən, təyyarə günorta saatlarında havaya qalxandan bir az sonra "Coca-Cola" zavodunun ərazisinə düşüb.

Hadisənin səbəbləri hələ məlum deyil.