Kambocanın keçmiş kralı Norodom Sianuk 89 yaşında dünyasını dəyişib Kambocanın keçmiş kralı Norodom Sianuk 89 yaşında dünyasını dəyişib

Kral öldü

Kambocanın keçmiş kralı Norodom Sianuk 89 yaşında dünyasını dəyişib



AzNews.az "İTAR-TASS"a istinadən xəbər verir ki, Kamboca hökuməti Sianukun Pekində ürək tutmasından vəfat etdiyini rəsmən təsdiqləyib.

Norodom Sianuk 1941-ci ildə 18 yaşında kral olmuşdu. O, Kambocanın 1953-cü ildə əldə etdiyi müstəqilliyin rəmzi sayılırdı. O vaxtdan keçən dövrdə Kamboca çevrilişlər, vətəndaş müharibələri, xarici dövlətlərin təcavüzü kimi çətin dövrlər yaşayıb.

Sianuk 1970-ci ildə Amerikapərəst siyasətçi Lon Nol tərəfindən təşkil olunmuş çevriliş nəticəsində devrilmiş və xaricə qaçmışdı. Kralın əksər qohumları və dostları ölkənin 7 milyonluq əhalisindən 3 milyonunun öldürüldüyü repressiyalar zamanı qətlə yetirilmişdi.

1993-cü ildə o, yenidən kral taxt-tacına qayıtdıqdan sonra ölkənin siyasi həyatında əhəmiyyətli rol oynayıb. 2004-cü ildə səhətində yaranmış problemlərlə əlaqədar səlahiyyətlərini kiçik oğlu Norodom Siamoniyə verib.

Kral Norodom Soamoninin bu gün atasının cəsədini vətənə gətirmək üçün Pekinə yollanacağı gözlənilir.


Vaqif Həsənov
AzNews.az