Ukraynada Lvov şəhəri yaxınlığında yerləşən Vinniki şəhərinin meri Sergey Uvarova qarşı sui-qəsd cəhdi olub. Ukraynada Lvov şəhəri yaxınlığında yerləşən Vinniki şəhərinin meri Sergey Uvarova qarşı sui-qəsd cəhdi olub.

Meri öldürmək istədilər

Ukraynada Lvov şəhəri yaxınlığında yerləşən Vinniki şəhərinin meri Sergey Uvarova qarşı sui-qəsd cəhdi olub.


AzNews.az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Lvov vilayəti üzrə DİN-nın Baş İdarəsindən bildiriblər.

Məlumata əsasən, insident yerli vaxtla saat 21:00 radələrində S.Uvarovun yaşadığı evin yaxınlığında qeydə alınıb. Onun avtomobilinə naməlum şəxslər tərəfindən atəş açılıb.

İlkin məlumata görə, hadisə nəticəsində S.Uvarova zərər dəyməyib. Yerli saytlar merin sürücüsünün yaralandığını bildiriblər. Hadisənin səbəbləri, hələ ki, bəlli deyil.