İŞİD “Kogalymavia” şirkətinə məxsus A321 təyyarəsinin qəzasına görə məsuliyyəti öz üzərinə götürdüyünü bir daha bəyan edib. İŞİD “Kogalymavia” şirkətinə məxsus A321 təyyarəsinin qəzasına görə məsuliyyəti öz üzərinə götürdüyünü bir daha bəyan edib.

“Biz onu necə həyata keçirdiyimizi deməyəcəyik” - İŞİD vurduğu təyyarə haqqında

İŞİD “Kogalymavia” şirkətinə məxsus A321 təyyarəsinin qəzasına görə məsuliyyəti öz üzərinə götürdüyünü bir daha bəyan edib.


AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, internetdə yerləşdirilmiş audiobəyanatda deyilir ki, 31 oktyabrda baş verən hadisə "İslam Dövləti" qruplaşmasının Sinay yarımadasındakı birləşməsi olan "Sinay Vilayəti" qrupu tərəfindən həyata keçirilib.

İddia edilir ki, hücum "Sinay Vilayəti"nin İD qrupuna sədaqət andiçməsinin ildönümü münasibətilə həyata keçirilib.

"Bizi onun necə həyata keçirdiyimizi söyləməyi məcbur etdirə bilməzlər".

Qəzadan az keçmiş cihadçılar məsuliyyəti üzərinə götürdükləri barədə qısa bəyanat yaysalar da, bunu necə etdikləri barədə təfərrüatlara varmayıblar. Onlar həmçinin dediklərini əsaslandırmaq üçün heç bir görüntü də təqdim etməyiblər.

Qəza günü İslam Dövləti qruplaşması ilə bağlı olduğu deyilən Twitter və Telegram mesajlaşma xidmətində cihadçı hərəkatın iki bəyanatı yayılıb.

Misir prezidenti İD qrupu ilə əlaqəli silahlıların Rusiya təyyarəsini vurub yerə saldıqları barədə iddiaları "təbliğat" adlandırır.

Əbdul Fəttah əl-Sisi qəzanın səbəblərilə bağlı hər hansı bir nəticəyə gəlməyin erkən olduğunu deyib.

Bazar ertəsi, Kogalymavia hava yolları şirkəti qəzaya səbəb kimi "xarici təsirin" olduğunu göstərib.
Lakin aviasiya nəqliyyatına nəzarət edən Rosaviasiya qurumunun başçısı Aleksandr Neradko televiziya müsahibəsində bu cür fikirlərin heç bir fakta əsaslanmadığını deyib.

Kogalymavia şirkətinə məxsus Airbus A321 təyyarəsi oktyabrın 31-də Şarm əl-Şeyxdən Sankt-Peterburqa yollanarkən Sinay yarımadası üzərində qəzaya uğrayıb. Göyərtədə olan 224 adam həlak olub.