Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham edilən 47 nəfərin edam edilməsi bu ölkə ilə İran arasında qalmaqalı pik həddə çatdırıb. Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham edilən 47 nəfərin edam edilməsi bu ölkə ilə İran arasında qalmaqalı pik həddə çatdırıb.

Bu dövlətlər arasında müharibə başlasa - Neft bahalaşacaq

Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham edilən 47 nəfərin edam edilməsi bu ölkə ilə İran arasında qalmaqalı pik həddə çatdırıb.


Bu dövlətlər arasında münasibətlərin gərginləşməsi isə dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib.

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Səudiyyə - İran gərginliyi fonunda neftin qiymətində artım hiss edilir. Hazırda dünya bazarlarında "Brent" markalı neftin qiyməti bahalaşaraq 38.15 dollara qalxıb.

Bu dövlətlərin hər biri OPEC-in üzvüdür və dünya bazarına kifayət qədər enerji məhsulları çıxarmaq imkanına malikdir. Səudiyyə Ərəbistanı gündə 10 milyon barel, İran isə təxminən 3 milyon barel neft hasil edir. İran üzərindən beynəlxalq sanksiyaların götürülməsindən sonra hasilatın 4 milyon barelə çatdırılacağı ehtimal edilir.

Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri, iqtisatçı Elnur Sultanovun sözlərinə görə, əgər Səudiyyə - İran qarşıdurması silahlı münaqişəyə çevrilərsə, o zaman neftin qiyməti bahalaşa bilər.

"Çünki hər iki ölkə neftlə dünya neftinin 2/3-nin daşındığı Fars körfəzində yerləşir. Silahlı münaqişə körfəzdə yerləşən Hörmüz boğazında neftin satışına və daşınmasına maneələr yarada bilər. Bu silahlı toqquşma isə dünya bazarında neft qiymətlərinin kəskin artmasına səbəb olar. Amma hazırki məqamda gərginlik neft qiymətlərinə ciddi təsir etməyəcək",-deyə Elnur Sultanov bildirdi.

İqtisadçı bildirdi ki, neftin qiymətinin enməsi hər iki dövlətin gəlirlərini azaldıb. "Bu səbəbdən hazırda münaqişənin qızışması ölkələrdən heç birinin lehinə deyil. Digər tərəfdən isə İran və Səudiyyə Ərəbistanı hökümətləri bu gərginlikdən əhalinin fikrini neft qiymətlərinin azalması fonunda yaranan sosial çətinliklərdən yayındırmaq üçün istifadə edə bilərlər".

Hazırda ölkələr arasında münasibətlərə mənfiyə doğru inkişaf edir. Bu gərginlik Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücumundan sonra daha da böyüdü. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr İranla bütün diplomatik əlaqələrini kəsdiyini bildirib. Tarixə nəzər saldıqda səfirliyə hücum hadisəsinin İranda ilk hal olmadığını görə bilərik.

1979-cu il noyabrın 4-də İran İslam İnqilabının ali dini lideri Ayətullah Xomeyninin , "İmam yolu"nun tərəfdarları ABŞ-ın İrandakı səfirliyinə hücum etmişdi. Səfirliyin 53 əməkdaşı 444 gün, 1981-ci il yanvarın 20-dək girov saxlanılmışdı.

Həmin gərginlikdən sonra da ABŞ və İran arasında diplomatik əlaqələr kəsilmişdi. ABŞ-ın İrandakı səfirliyinin girov götürülmüş əməkdaşlarına 4,4 milyon dollar, onların ailə üzvlərinə isə 660 min dollar məbləğində kompensasiya ödəyəcəyi bildirilirdi. Tarix isə 37 il sonra ABŞ-ın ən böyük müttəfiqi Səudiyyə Ərəbistanına qarşı təkrarlandı.

Ümumilikdə Səudiyyə Ərbistanı və İran Suriya , İraq, Yəmən və digər bu kimi münaqişə ocaqlarında birbaşa olmasa da dolayı yollarla üz – üzə gəlirlər. Nüvə silahı kəşf edildikdən sonra isə dövlətlər bir – biri ilə açıq müharibədən çəkinirlər.

Yəqin ki, Səudiyyə - İran gərginliyi də bu xətt üzrə inkişaf edəcək. Səudiyyənin müttəfiqi ABŞ gərginliyə münasibət bildirsə də, İranın müttəfiqi Rusiya hələ susur. Çox ehtimal ki, Rusiya İranın mənafeyini müdafiə edəcək bir bəyanatla çıxış edəcək. Çünki gərginliyin artması neft qiymətlərinin kəskin bahalaşması deməkdir. Bu isə Rusiya da daxil olmaqla neft hasil edən digər ölkələrə sərf edir. Rusiya və ABŞ-ın dəstəklədiyi dövlətlərin nəzarətində olan silahlı birləşmələr isə Yaxın Şərqdə dini radikalığı daha da artıra bilər.




Etirazçıların Səudiyyə Ərəbistanın İran səfirliyinə hücumu (3 yanvar 2016-cı il)