İran mülki aviasiya idarəsi (Iran Civil Aviation Organization, ICAO) ABŞ nümayəndələriylə ölkələr arasındakı birbaşa aviareysləri bərpa etmək üçün danışıqlara başlayıb. İran mülki aviasiya idarəsi (Iran Civil Aviation Organization, ICAO) ABŞ nümayəndələriylə ölkələr arasındakı birbaşa aviareysləri bərpa etmək üçün danışıqlara başlayıb.

ABŞ-la İran arasında daha bir qadağa ləğv olunur – Birbaşa aviareys olacaq

İran mülki aviasiya idarəsi (Iran Civil Aviation Organization, ICAO) ABŞ nümayəndələriylə ölkələr arasındakı birbaşa aviareysləri bərpa etmək üçün danışıqlara başlayıb.

AzNews.az Mehr İran agentliyinə istinadən xəbər verir ki, bu barədə idarənin nümayəndəsi məlumat verib: "İran mülki aviasiya şirkəti ABŞ və İran arasında birbaşa reyslər barədə danışıqlar aparır. İslam inqilabına qədər Nyu-Yorka gündəlik reyslər həyata keçirilirdi. Biz yaxın zamanda bunu bərpa etməyə ümid edirik".

İran nəqliyyat nazirinin müavini Əsgər Fakriye Kaşan bazar günü bildirib ki, İran ABŞ-ın təyyarə istehsalçısı "Boeing"dən 100-dən artıq sərnişin təyyarəsi almaqda maraqlıdır.

Qeyd edək ki, İranın ABŞ-la bir sıra iqtisadi əlaqələrə dair fəal danışıqları ABŞ-ın İrana tətbiq etdiyi birtərəfli sanksiyaları ləğv etməsindən sonra başlayıb.

Aydan Axundova