Rusiya Federasiyasının İrkutsk vilayətində yerləşən internat məktəbində uşaqlara qarşı dəhşətli zorakılıq halları qeydə alınıb. Rusiya Federasiyasının İrkutsk vilayətində yerləşən internat məktəbində uşaqlara qarşı dəhşətli zorakılıq halları qeydə alınıb.

İnternatda şok hadisə - Tərbiyəçilər elektroşokdan istifadə edir

Rusiya Federasiyasının İrkutsk vilayətində yerləşən internat məktəbində uşaqlara qarşı dəhşətli zorakılıq halları qeydə alınıb.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə internat sakinləri ərazidə uşaqların hüquqları üzrə müvəkkil Svetlana Semenovaya şikayət ediblər. Şikayətdə göstərilib ki, tərbiyəçilər uşaqları təhqir edib, həmçinin elektroşoklardan istifadə ediblər. Aparılan araşdırmalardan sonra müvəkkilə ünvanlanan çoxsaylı şikayətlər təsdiqlənib.

"İnternatda təhsil və əsasən də uşaqlara münasibətə dair müvəkkilin rəyi vilayət qubernatorunun adına hazırlanacaq. Müvəkkilin təşəbbüsü ilə bəzi halların araşdırılması üçün işə istintaq orqanları cəlb olunublar" - deyə, müvəkkilin mətbuat katibliyindən bildiriblər.

Aydan AXUNDOVA