"Böyükşəhər Bələdiyyə başqanı seçkisinin nəticələrinin İstanbulumuz üçün xeyirli olmasını diləyirəm" "Böyükşəhər Bələdiyyə başqanı seçkisinin nəticələrinin İstanbulumuz üçün xeyirli olmasını diləyirəm"

Ərdoğan İstanbul seçkiləri ilə bağlı açıqlama verdi- SON ANDA

"Böyükşəhər Bələdiyyə başqanı seçkisinin nəticələrinin İstanbulumuz üçün xeyirli olmasını diləyirəm"

AzNews.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərlə bağlı twitter səhifəsində açıqlama verərkən deyib.

O, milli iradənin bu gün bir daha təcəlli etdiyini bildirib:

"Qeyri-rəsmi nəticələrə görə seçkidə qalib gələn Əkrəm İmamoğlunu təbrik edirəm. Bundan əvvəl də olduğu kimi qarşıdaki dövrdə demokratiyaya, hüququn üstünlüyünə, ölkəmizin sülh, rifah və sabitliyinə mane olmadan Cumhur İttifaqının qanunları çərçivəsində birlik və bərabərlik içərisində 2023-dəki hədəflərimizə irəliləyəcəyik".

Pərvanə Ağazadə

AzNews.az