Vurğun Əyyubun ailəsindən Aslan İsmayılova kəskin etiraz: “Tələbim budur ki...”

"Vurğun Əyyubun “yazıq, möhtac, qısnanmış, çərləmiş” obrazını yaratmağa nahaq əziyyət çəkməsinlər"

"Son günlər mediada, sosial şəbəkədə kimlərsə Vurğun Əyyubun “yazıq, möhtac, qısnanmış, çərləmiş” obrazını yaratmağa nahaq əziyyət çəkməsinlər. Onun kiməsə maddi-mənəvi baxımdan ehtiyacı yox idi...”

Aznews.az xəbər verir ki, bu barədə Vurğun Əyyubun yaxın qohumu öz Feysbuk profilində status yazıb.

O bildirib: “Vurğun Əyyub Xəzər Universıtetının kafedra müdiri idi, daha öncə Türkiyədə dərs demişdi, kitablar redaktə edirdi, bəzi qht-lərlə əməkdaşlıq edirdi. Yetərincə normal qazanc sahibi idi”.

İsmayıl Əyyubov xatırladıb ki, Türkiyədə Hacettəpə xəstəxanasında uzmanlar diqanozu qoyanda isə Vurğun Əyyuba xəstəliyinin çarəsiz olduğunu bildirmişdilər: “Dostların, yaxınların diqqət dolu çevrəsində bircə gün belə tək olduğunu hiss etmədi. Əksinə bəzən bu diqqət və sevgi seli onu yorurdu”.

Xatırladaq ki, Vurğun Əyyubun yaxın qohumu İsmayıl Əyyubovun statusunda etiraz etdiyi məqamları keçmiş vəkil Aslan İsmayılov dilə gətirmişdi.

Ad çəkməsə də, status müəllifi Aslan İsmayılovdan Vurğun Əyyub haqqında öz fantaziyasını yazmamağı tələb edib.

AzNews.az