Taleh Şahsuvarlı: “Nazim Bəydəmirli ictimai-siyasi titul daşıyıcısı kimi şərəfini YAP-dan qovulanda itirib” Taleh Şahsuvarlı: “Nazim Bəydəmirli ictimai-siyasi titul daşıyıcısı kimi şərəfini YAP-dan qovulanda itirib”

"Bu ictimai-siyasi tullantını çıxdığı yerə dürtdük" - Məhkəmə qətnaməsi

Taleh Şahsuvarlı: “Nazim Bəydəmirli ictimai-siyasi titul daşıyıcısı kimi şərəfini YAP-dan qovulanda itirib”

Bu gün Bakı şəhəri Yasamal rayon məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda YAP-dan xaric edilmiş sabiq deputat Nazim Bəydəmirlinin AzNews.az analitik-informasiya portalına qarşı iddiası rədd edilib.

Bu barədə Azərbaycanın mötəbər media resurslarından olan, böyük oxucu auditoriyasına malik AzNews.az saytının vəkili, ölkənin ən savadlı hüquqşünaslarından hesab olunan Zaman Səmədov məlumat verib.

Təcrübəli vəkil bildirib ki, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunları və jurnalistlərin peşə kodeksləri çərçivəsində quran AzNews.az saytına qarşı iddia əsassız olub, sayt rəhbərliyinin peşə fəaliyyətinə mane olmaq səciyyəsi daşıyıb.

“KİV haqqında qanun”un 62-ci maddəsində redaksiyanı məsuliyyətdən azad edən hallar açıq və qəti şəkildə göstərilib. İctimai-siyasi fəaliyyətlə məşğul olan, keçmiş çağırışda Milli Məclis üzvü olmuş bir şəxsin həmin halları bilməsi vacibdir. Bildiyi halda isə, məhkəməyə müraciət etməsi həm redaksiyanın, həm də məhkəmənin vaxtını almaq məqsədinə xidmət edir. Əlbəttə, belə bir iddia məhkəmə tərəfindən qəbul oluna bilməzdi. Olunmadı da!”.

Tanınmış vəkil Zaman Səmədov

AzNews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı isə bildirir ki, Yasamal rayon məhkəməsi tərəfindən çıxarılan qətnamə tamamilə ədalətli və gözləniləndir:

“Lap elə bu yaxınlarda Xətai rayon məhkəməsində “Baku Steel Compani” şirkətinə böhtan atdığı üçün Nazim Bəydəmirlinin üzr istəməsi və təzminat ödəməsi haqqında qətnamə çıxarılmışdı. Ümumiyyətlə, bu adamın ömrü məhkəmələrdə sürünməkdə, ya iddia qaldırmaqla, ya da cavabdeh kimi hakim qarşısında boynunu bükməklə keçir. Əksər hallarda isə həmin məhkəmə işləri maliyyə məsələləri ilə bağlı olur. Təsəvvür edin ki, indi Azərbaycan hakimiyyətinə ağıl öyrədən, şəffaflıq dərsi keçən, prezident İlham Əliyevin sözləri ilə desəm, iki uzunqulağın arpasını bölə bilməyən bu plagiat iqtisadçı- italyan dilini bilmədiyi halda italyanca kitablardan elmi işində səhifə-səhifə sitatlar gətirib- deputat olduğu müddətdə bir şirkətin səhmlərini ələ keçirmək üçün məhkəmə çəkişməsi aparıb. Yaxud gah bankdan götürdüyü külli miqdarda krediti qaytarmadığı, gah da dövlətə vergi borcunu ödəmədiyi üçün məhkəməyə verilib. Qısacası, şərsiz, böhtansız, şantajsız yaşaya bilməyən Bəydəmirli kimilərinin AzNews.az kimi nufuzlu saytları mənəvi bacısı Xədicə İsmayıldan layk almaq üçün məhkəmə prosesinə cəlb etməyə çalışması təəccüblü deyil”.

Taleh Şahsuvarlının sözlərinə görə, təəccüblü olan Nazim Bəydəmirlinin “şərəf davası” açmasıdır:

“Mən doğma dilimizi kifayət qədər yaxşı bilirəm. Azərbaycan dilinin izahlı lüğətində “şərəf” anlayışının izahı sərrast verilib. Həmin izaha görə, şərəf insanın ictimai və şəxsi davranışlarında tutduğu mənəvi-əxlaqi, yəni etik prinsiplərin məcmusudur. Heç bir vətəndaşın şəxsi həyat və davranışları bizim saytın xəbər lentində əks oluna ola bilməz. Nazim Bəydəmirli ictimai persona, şəxsən mənim, o cümlədən mənim müdafiə etdiyim Yeni Azərbaycan Partiyasının iqtidarı üçün persona-non-qrata olduğundan onun ictimai-siyasi davranışlarında tutduğu etik prinsiplər barədə rəy bildirmək, bildirilən rəylərə istinad etmək media hüququ çərçivəsindədir. Yadınızdadırsa, bu yaxınlarda YAP-ın Mətbuat Xidməti məlumat yaymışdı ki, keçmiş deputat, hazırda “Bəydəmirli” soyadı daşıyan Nazim Məmmədov hələ 2010-cu ildə hakim partiyanın sıralarından qovulub. Buna səbəb isə, açıqlamada vurğulanırdı ki, onun qeyri-etik davranışları və partiyanın nizamnamə tələblərinə, prinsiplərinə zidd hərəkətləri olub. Başqa sözlə, bu o deməkdir ki, Nazim Bəydəmərli ictimai-siyasi titul daşıyıcısı kimi kimi şərəfini çoxdan- YAP-dan qovulanda itirib. Çünki onu hakim partiyadan çıxdığı yerə qədər mənəvi-əxlaqi keyfiyyətsizliyinə- izahlı lüğətdəki mənası ilə, şərəfsizliyinə görə qovublar. Odur ki, elə bir ictimai-siyasi tullantının “şərəf” davası açması, ilk növbədə, “şərəf” anlayışına həqarətdir. Amma o, sadəcə, YAP-dan xaric edilmiş siyasi şərəfsiz deyil, eyni zamanda aşağıda deyəcəyim səbəblərdən fırıldaqçı və dələduzdur. Təsəvvür edin, Xədicə İsmayılın bu “şərəf”li mənəvi qardaşı 2010-cu ildə YAP-dan uzaqlaşdırıldığı, 2015-ci ildəki parlament seçkilərində MSK-nın rəsmi məlumatlarına görə, ”bitərəf” kimi iştirak etdiyi halda, 2016 və 2019-cu ildə müxtəlif məhkəmələrə təqdim etdiyi iddia ərizələrində özünü hakim partiyanın üzvü kimi göstərib. Bu, Azərbaycan ictimai-siyasi həyatında misli görünməmiş riyakarlıq, nadürüstlük, abırsızlıq, həyasızlıq, hüquq sistemini aldatmaq niyyəti güdən bambılılıq nümunəsidir. İndi o siyasi bambılını məhkəmədə darmadağın edərək daha bir dəfə çıxdığı yerə dürtdük. Məsələ budur”.

AzNews.az