Prezidentin sabiq köməkçisi Əli Həsənova qarşı “qara PR”-ın dodaq uçuqladan büdcəsi Prezidentin sabiq köməkçisi Əli Həsənova qarşı “qara PR”-ın dodaq uçuqladan büdcəsi

Mediadakı “qrant mafiyası”na NED-dən 1,5 milyonluq yeni tranş

Prezidentin sabiq köməkçisi Əli Həsənova qarşı “qara PR”-ın dodaq uçuqladan büdcəsi

ABŞ Konqresi tərəfindən maliyyələşdirilən Milli Demokratiya Fondu (NED) 2018-ci ildə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı adı altında “5-ci kolon” təşkilatlarına və nümayəndələrinə 1 milyon 59 min 53 dollar vəsait ayırıb. Eyni ad altında 2019-cu ildə həmin dairələrə təkcə adıçəkilən təşkilatdan 1 milyon 75 min 517 dollar maliyyə ötürülüb. Maraqlı burasıdır ki, hər il üzrə vəsaitin böyük qismi ölkəmizdə birbaşa və ya dolayı yolla medianın inkişafı üçün nəzərdə tutulub. Belə ki, müvafiq fondun 2018-ci ildı ayırdığı vəsaitin 751.838 dolları, keçən il isə 805.527 dolları birbaşa KİV quruluşlarına, ya da KİV-də və social şəbəkələrdə məlumatlandırma aparılmasına yönəldilib. Başqa sözlə, MDF son iki ildə Azərbaycanda KİV-in, bloqların, söz azadlığının və informasiya təminatının güclənməsi naminə 1 milyon 557 min 365 dollardan keçib.

Bu məlumatlar NED-in rəsmi səhifəsində yayılıb. Linkləri təqdim edirik:

https://www.ned.org/region/eurasia/azerbaijan-2018/?fbclid=IwAR14zrFvwYsRCryaKs7vRWyzD9daLLBKtbrvzSxvI4B1KEbwOpeOXQfsIN0

https://www.ned.org/region/eurasia/azerbaijan-2019/?fbclid=IwAR16jUNNVyFWxmcI9hMyr6lb7EWlvvDrp0Q8ACsUJc61WWf7i_x2f2sASCU

Maraqlıdır ki, Gürcüstan və Ermənistan, eləcə də NED-in hədəf qrupunda olan digər dövlətlərdən fərqli olaraq Azərbaycanda qurumun partyor təşkilatlarının adları açıqlanmır. Bu isə ilk növbədə NED-in özünün istinad etdiyi şəffaflıq prinsipləri ilə yanaşı, beynəlxalq normalara və Azərbaycan qanunlarına da ziddir. Belə ki, həm bütün dünyada, həm də Azərbaycanda keçərli olan qanuni tələblərə görə, qrantlar barədə məlumatlar gizlədilməməli, bütün vətəndaşlar üçün açıq olmalıdır. Bəlli donordan külli miqdarda ianə alan təşkilat və şəxslərin açıqlanmaması isə heç də NED-dən maliyyələşən “5-ci kolon” nümayəndələrini guya hakimiyyətdən qorumaq bəhanəsi ilə ört-basdır etməmək olmaz.

Buna səbəb isə odur ki, NED-in pullarının bir qismi Azərbaycanda müxalifətin etiraz aksiyaları üçün auditoriyanın hazırlanmasına, 2018-ci və 2019-cu ildə Bakıda gerçəkləmiş və ictimai yaddaşda “Vagina aksiyası” kimi qalmış feminist tədbirlərinin keçirilməsinə yönəlib. Siyahıdan göründüyü kimi, NED-in ayırdığı vəsait bütün hallarda dövlətin əsaslarını sarsıtmağa, Prezident və ailəsinə hücumları intensivləşdirməyə, hakimiyyətə təzyiq qrupları formalaşdırmağa və arqumentlər toplamağa, “5-ci kolon”un bəslənilməsinə xidmət edir.

Maraqlı həm də burasıdır ki, mülkiyyət hüququnun qorunmasından tutmuş regionlarda insan haqqları üzrə təlimlərin təşkilinə qədər vəsait ayrılan layihələrin icrası ilə bağlı heç bir məlumat tapmaq mümkün deyil. Google axtarış proqramında açar sözlər daxil edilərək maraqlandıqda, son iki il ərzində NED-dən pul qoparda biləcək “vətəndaş cəmiyyəti fəallar”ının təşkilatçılığı və iştirakı ilə hər hansı tədbirlər, monitorinqlər keçirilməsi, hesabatlar yayılması faktlarına, demək olar ki, rast gəlinmir. Bu yöndə fərqlənən bir neçə QHT-nin saytında isə NED-dən yardım alınması barədə məlumatlar yoxdur: ya fəaliyyət başqa donorlar tərəfindən maliyyələşdirirlir, ya da gizlədilir!

Bəs, mediaya ayrılan 1,5 milyon dollar?

Bu sualın cavabı da sirri-xudadır! Baxmayaraq ki, üzərində baş sındırmaq üçün müəyyən ipucları mövcuddur. Pulların bir qisminin xaricdə fəaliyyət göstərən internet televiziyalarına, saytlara və bloqqerlərə ötürüldüyünü düşünməmək sadəlövhlük olardı. Belə ki, Emin Hüseynovun təşkilatı və “Obyektiv.TV” adlanan layihəsinin, “Meydan TV”-nin qrant pulları hesabına saxlanıldığı heç kimə sirr deyil. Sevinc Osmanqızı isə Azərbaycandan xaricə köçmüş bir jurnalistə qrant almağın yolları barədə danışırdı və bu danışığın səs yazısı saytlarda da yayılmışdı. Deməli, payın yağlı tikələrinə o və cəbhədaşı Qənimət Zahid də əl uzadır. Həmçinin deyilənə görə, Elçin Şıxlının xaricdə yaşayan komanda üzvlərinin yaratdığı “Kanal 5” də həm də bu kisədən yeyir.

Lakin bütün hallarda yenə də ortada 1,5 milyon dolların ən azı 1,2 milyonu qalır ki, bu da yəqin ki, Azərbaycanın içindəki qrant fədailərinə ayırılıb. Bu isimlər isə bütün cəmiyyətə tanışdır: Mehman Əliyev, Xədicə İsmayıl, Arif Əliyev, Elçin Şıxlı. Maraqlıdır ki, bu pulların ayrıldığı ərəfədə Arif Əliyev PressKlubu bərpa edib, Elçin Şıxlı isə “Ayna”nı yenidən taybatay açıb. Onların ətrafında cəmlənən bəzi jurnalistlərin maddi baxımdan qırışığı açılmış kimi görünür. Bütün hallarda, Arif Əliyev və Elçin Şıxlı kağız üzərində olsa da, jurnalist birliklərinə rəhbərlik edən şəxslərdirlər və buna görə də NED-in ayırdığı pulların kimə çatmasını və nəyə xərclənməsini aşkarlamaq onların birbaşa vəzifəsidir. O sadə səbəbə görə ki, pulun rəsmi təyinatında jurnalistlər üçün təlimlərin keçirilməsi, informasiyaya çıxış imkanlarının artırılması, hətta ekspertlərin, o cümlədin iqtisadçı ekspertlərin hazırlanması kimi məsələlər əks olunub, lakin bu barədə faktiki heç bir iş görülməyib. Başqa sözlə, 1,5 milyon dollardan çox ictimai vəsaitin dədə malı kimi yeyilməsi barədə çox ciddi şübhələr var.

Əli Həsənova qarşı qara PR-ın büdcəsi

NED-in vəsaiti ilə bağlı qısa xülasələrdən anlaşılır ki, ayrılan pullar guya Azərbaycanda media mühitinin sağlamlaşdırılmasına, hakimiyyətin nəzarətindən kənar media quruluşlarının gücləndirilməsinə xidmət edir. Bunu diplomatik dildən sadə dilə çevirəndə yada son iki ildə Azərbaycan prezidentinin sabiq köməkçisi Əli Həsənova qarşı aparılan qara PR kampaniyası da düşür. Əlbəttə, Əli Həsənova qarşı kampaniyanın ən müxtəlif bucaqları, maliyyə və insan resursları (məsələn, dövlətdən mənzil ala bilməyən jurnalistlər) vardı, ancaq “ictimai nüvə”ni Mehman Əliyev, Elçin Şıxlı, Arif Əliyev, Xədicə İsmayıl, Qənimət Zahid, Sevinc Osmanqızı təşkil edirdi. Təxmin etmək çətin deyil ki, ölkə prezidentinin media siyasətinin icrasına məsul şəxs kimi Əli Həsənovu hədəfə gətirməklə onlar “media azadlığı carçısı” kimi NED-dən və bu kimi qurumlardan pul qopartmaq istəyiblər, eyni zamanda, qoparılan pulların müqabilində canfəşanlıq etməli olublar. Əlbəttə, NED milyonlarca vəsaiti "5-ci kolon"a sırf Əli Həsənovun gözdən salınmasına deyil, yuxarıda qeyd etdiyimiz kimi, dövlətin əsaslarını sarsıtmağa, ilk növbədə dövlətə və Prezidentə təzyiq rıçaqları əldə etməyə görə verib. Lakin "media sahəsindəki dözülməz vəziyyət" barədə ab-hava yaratmaq, eyni zamanda prezidentə sədaqəti və səriştəsi ilə onların planlarına mane olduğu üçün Əli Həsənovun adı üzərində də xüsusi diqqət cəmlənib.

AzNews.az