Azərbaycandakı “5-ci kolon” "Lenin baba"nın yolu ilə gedir Azərbaycandakı “5-ci kolon” "Lenin baba"nın yolu ilə gedir

Cəmil Həsənlinin İlham Əliyevə “əks-həmlə” cəhdinə müxtəsər cavab- Taleh Şahsuvarlı yazır

Azərbaycandakı “5-ci kolon” "Lenin baba"nın yolu ilə gedir

Azərbaycan prezidenti İlham Əliyev dünən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib. Tədbirlə bağlı yayılan rəsmi məlumatlar təsdiq edir ki, Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan ordusu öz arsenalını, maddi-texniki təchizatını yeniləyib, qısaca desək, gücünə güc qatıb. İnşasına iki il öncə başlanmış hərbi şəhərciklə tanış olduqdan və Müdafiə Nazirliyinin rəhbər işçiləri ilə operativ müşavirə keçirdikdən sonra Ali Baş Komandan şəxsi heyət qarşısında çıxış edib. Dövlət başçısının çıxışınının əsas tezislərini bir neçə kateqoriyada cəmləmək olar:

1. Azərbaycan ordusunun maddi-texniki təchizatının və döyüş ruhunun gücləndirilməsi istiqamətində görülən

işlərin qısa xülasəsi;

2.Azərbaycanın müstəqil dövlətçilik fəlsəfəsi və müstəqillik dövrünün milli ideologiyası ilə bağlı zəruri qeydlər;

3. Ermənistanda daxili siyasi vəziyyətin təhlili, danışıqlar prosesi və diplomatik müstəvidə aparılan sistemli fəaliyyətin bəzi nüansları barədə məlumatlandırma;

4. Azərbaycan torpaqlarının işğal altına düşməsinin tarixçəsi və İlham Əliyevin radikal müxaliflərinin bu prosesdə rolu;

5. Azərbaycanın öz torpaqlarnı azad etmək əzminin bir daha nümayiş olunması və geopolitik şərtlərin dəyişməsi konteksində əlverişli məqam gözləməsinin diqqətə çatdırılması.

Bəli, prezident Əliyev hər zaman olduğu kimi, bu dəfə də konkret faktlarla zəngin, mükəmməl bir nitq söyləyib, konseptual dəyərləndirmələr aparıb, dövlət başçısı və bir siyasi lider olaraq tərəfdarlarına ideoloji istiqamətlər verib. Prezidentin çıxışı yayımlandıqdan dərhal sonra Amerikada Sevinc Osmanqızı Cəmil Həsənlini öz internet kanalında efirə çıxarmaqla, “Amerikanın Səsi” Azərbaycanda tənqid hədəfi olan marginallaşmış müxalif qrupların nümayəndərindən münasibət öyrənməklə, Turan Agentliyi isə radionun materialını təkrar yaymaqla öz aləmlərində guya İlham Əliyevin səsləndirdiyi fikirləri təkzib, hətta birinci şəxsə qarşı əks-həmlələr etməyə çalışıblar. Yeni ictimai-siyasi mərhələdə özünü İlham Əliyevin dəstəkçisi kimi göstərməyə çalışan süni imzalar, mövsimi saytlar, hakimiyyətin siyasi maraqlarını deyil, öz “reputasiya”sını qorumağa çalışan bivec və qeyri-səmimi media personaları sutka ərzində həmin əks-həmlə cəhdlərini görməzlikdən gəlsələr də, bəzi həqiqətləri Cəmil Həsənliyə təkrarən xatırlatmağı mən öz vətəndaşlıq borcum sayıram.

Əvvəla, Cəmil Həsənli nə elm, nə də siyasət adamı kimi İlham Əliyevə cavab verəcək səviyyəyə, xarizmaya və bioqrafiyaya malikdir. O, dünyanın bütün universitetlərinin akademik titullarını əldə etsə belə, elmi dünyagörüş daşıyıcısı deyil, üstəlik, elmi dünyagörüşə arxalanan şəxsi mədəniyyətdən də çox-çox uzaqdır. Elmi, dünyagörüşü və mədəniyyəti naqis və primitiv olan Cəmil Həsənli İlham Əliyevin son nitqində “xəyanətkar və satqın” adlandırdığı tiplərin ən klassik örnəklərindən biridir.

Ötən əsrin sonlarında onun Azərbaycan Xalq Cəbhəsinin BDU-dakı dayaq dəstəsinə rektor Mirabbas Qasımov tərəfindən “xəbərçi” kimi yerləşdirilməsi hazırda tələbə hərəkatının bütün fəalları tərəfindən etiraf olunur. Həmin dövrün siyasi fəalları yaxşı xatırlayırlar ki, o, bir müddət gənc cəbhəçilərdən BDU rektoruna məlumat daşıdıqdan sonra, Milli İstiqlal Partiyasına yaxınlaşıb, hətta 1992-ci ildəki prezident seçkilərində sözügedən partiyanın namizədi Etibar Məmmədovun rəsmi vəkili olub. Ancaq hakimiyyətə Etibar Məmmədov deyil, Əbülfəz Elçibəy gəldiyindən AMİP-i ildırım sürəti ilə tərk edib və vəzifə müqabilində yeni iqtidara SATILIB! Mənsəb qarşılığında AXC itqidarına satılan Cəmil Həsənlinin 2005-ci ildə mandat naminə Əli Kərimlini və AXCP-ni satması da məlum və məşhur faktdır.

İkincisi, Cəmil Həsənlinin Əbülfəz Elçibəyə münasibəti heç zaman səmimi olmayıb, hər zaman konyuktur və riyakar xarakter daşıyıb. Əks halda, eks prezidentin ölüm ayağında olduğu günlərdə AXCP sədrinə qarşı təhqiramiz məqalələr yazanlar və yazdıranlarla bir cərgədə dayanmazdı. Eyni zamanda, Əbülfəz Elçibəyə səmimi şəkildə qahmar çıxan biri üzvü olduğu təşkilatın sədrini, dövlət müşaviri olduğu hakimiyyət komandasının liderini “DTK agenti” adlandıran Leyla Yunusu rəhbərlik etdiyi Milli Şurada saxlamaz, xaric edərdi. Bu iki fakt Cəmil Həsənlinin təkcə SATQIN deyil, XƏYANƏTKAR olmasını isbat etməyə yetir.

Üçüncüsü, Cəmil Həsənlini 2013-cü ildə prezidentliyə namizəd göstərən Milli Şuranın Rusiya kəşfiyyatının müəyyən dairələrinin layihəsi olması barədə sağlam düşünən hər kəs həmrəydir. Həmin layihə, sadəcə, İlham Əliyevin hakimiyyətinə təzyiq üçün düşünülməmişdi, bütövlükdə müstəqilliyimizə qarşı qurulmuş tələ idi. Azərbaycan xalqının öz müstəqilliyinə, dövlətinə və hakmiyyətinə tam dəstək olması qarşılığında plan pozuldu. Bununla belə, MSK-nın rəsmi açıqlamasına görə, 2013-cü ildə protest elektoratı tərəfindən Cəmil Həsənliyə 204 min 642 səs verilmişdi. 200 mindən çox səs almış bir namizədin hazırda Azərbaycanda deyil ABŞ-da olması, ölkəni idarə etmək iddiasını rəsmən ortaya qoyduğu halda, gedib NED-dən külli miqdarda qrant alması FƏRARİLİK və TAMAHKARLIQ deyilmi?

Bəli, prezident tamamilə doğru deyir, Azərbaycanın xalq və dövlət olaraq istənilən uğuru Cəmil Həsənlinin sədr olduğu Milli Şurada toplanan “5-ci kolon” nümayəndələrini kədərləndirir, “ölkə üçün nə qədər pis olsa, bizim üçün o qədər yaxşıdır” prinsipi ilə yaşadıqlarından millətimizə ancaq pis günlər arzulayırlar. Neftin qiymətinin dünya bazarında düşməsinə Gültəkin Hacıbəyli ilə Cəmil Həsənlinin virtual məkanda çırtıq çalıb oynamalarını hər kəs gördüyündən, bu mövzuda əlavə dəlilə ehtiyac yoxdur. Ancaq öz dövlətinin uğursuzluğunu, məğlubiyyətini arzulamaq hansı zehniyyətdir, bilirsinizmi? Bolşevik zehniyyəti!

Cəmil Həsənli vaxtilə Leninin adını daşıyan muzeylərdə təşviqatçı işlədiyindən yəqin ki, yaxşı bilər. Rusiya bolşeviklərinin lideri V. İ. Lenin “Sosial Demokrat” jurnalının 1915-ci ilin avqustunda nəşr olunan 43-cü sayında “İmperialist savaşda yerli iqtidarın məğlubiyyəti barədə” adlı bir məqalə yazmışdı. Həmin məqalədə Vladimir İliç Lev Trotskini inandırmaq istəyirdi ki, inqilab üçün Rusiya Birinci Cahan Savaşında məğlub olmalıdır və bu yenilgini arzulamaq azdır: “Savaş zamanında öz hökumətinə qarşı inqilabi fəaliyyət, belə bir məğlubiyyəti, sadəcə, istəmək deyil, eyni zamanda, feilən təşviq etməkdir”.

Məqsədim həmin məqaləni şərh etmək olmadığından, Lenini, Trotskini qoyaq bir qırağa və gəlin, birlikdə düşünək: Azərbaycan Qarabağ savaşında nə zaman və niyə torpaq itirib? Bəli, biz o zaman torpaq itirmişik ki, müstəqil dövlət kimi formalaşmağa təzə-təzə başlayan Azərbaycanın mərkəzi hakimiyyəti “inqilabi fəaliyyət” nəticəsində zəiflədilib və hakimiyyətə gələn “inqilab”çılar güclü mərkəzi hakimiyyət qura bilməyib, sosial-iqtisadi, hərbi və siyasi sahədə ölkəni böhrana yuvarladaraq Qarabağı müdafiəsiz qoyublar.

Bu gün Cəmil Həsənlinin faktiki rəhbəri olmadığı Milli Şuranın ölkə içindəki və xaricindəki bütün “inqilab”çı simpatizanlarının fəaliyyəti də məhz elə bu situasiyanı yenidən yaratmağa yönəlməyibmi?

Ancaq bu planlar baş tutmur və tutmayacaq da ona görə ki, İlham Əliyev Azərbaycan davasına gerçək bir Ali Baş Komandana və Liderə yaraşan şəkildə şəxsi şərəf kimi yanaşır!

Cəmil Həsənlini isə “Aslan İsmayılov” kod adlı Allahverdidən başqa özünə heç lider sayan da olmayıb!

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru