- Redaktor masası
- 4 Yanvar 15:55
- 4 721
AAK-ın qərarları narahatlıq doğurdu: hər 3 müraciətdən biri rədd edilib
Azərbaycanda 2025-ci ildə elmi dərəcələrin verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı statistika açıqlanıb.
Bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb.
Keçən il 474 nəfərə fəlsəfə doktoru elmi adı verilib, 284 nəfər isə sözügedən elmi dərəcə ilə bağlı imtina cavabı alıb.
Elmlər doktoru elmi dərəcəsi isə keçən il 82 nəfərə verilib. 2025-ci ildə 37 nəfərə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilib.
AzNews.az şərh edir ki, açıqlanan rəqəmlər Azərbaycanda elmi dərəcələrin verilməsi prosesində ciddi problemlərin qaldığını göstərir. Xüsusilə fəlsəfə doktoru üzrə imtina olunan müraciətlərin çoxluğu dissertasiyaların keyfiyyəti, elmi yeniliklərin zəifliyi və metodoloji boşluqların hələ də geniş yayıldığını ortaya qoyur. Elmlər doktorluğu üzrə hər üç müraciətdən birinin rədd edilməsi isə bu dərəcəyə təqdim olunan işlərin bir hissəsinin tələb olunan elmi səviyyəyə cavab vermədiyini göstərir. Mütəxəssislərin fikrincə, problem təkcə iddiaçılarda deyil, elmi rəhbərlik və müdafiə şuralarında da nəzarətin kifayət qədər effektiv olmaması ilə bağlıdır. Belə olan halda, Ali Attestasiya Komissiyasının sərt mövqeyi elmi adların nüfuzunun qorunması baxımından müsbət addım kimi görünmür.
AzNews.az