- EKONEWS
- 8 Fevral 2024 10:14
- 4 454
İƏT PA nümayəndəsi: "Seçkilərdə böyük ruh yüksəkliyi müşahidə etdik"
Çox şadam ki, seçki prosesində Azərbaycanda heç bir problemin şahidi olmadıq, seçki çox demokratik şəkildə həyata keçirildi və böyük ruh yüksəkliyi müşahidə etdik.
Bunu İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) heyət rəhbəri Salma Joveira deyib.
Onun sözlərinə görə, bu seçkilər ölkənin inkişafına töhfə verəcək: "Bu əməkdaşlığı daha da genişləndirməklə ölkələrimiz regiondakı sülh və əmin-amanlığa böyük töhfə verə və aparıcı rol oynaya bilər".
Xatırladaq ki, Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.