- EKONEWS
- 15:26
- 930
Azərbaycanda Boz ay bu tarixdə başlayır
Azərbaycanda fevralın 21-dən Boz Ay başlayır.
Aznews.az xəbər verir ki, Xalq təqviminə görə, Boz Ay qış fəslinin son ayı hesab olunur və fevralın 21-dən martın 21-nə qədər davam edir. Bu dövr qışdan yazın keçidini göstərir və havaların dəyişkənliyi ilə seçilir.
Boz Ay xalq arasında həm “Ala çillə”, “Alaçalpo”, “Yazağzı”, həm də “Ağlar-gülər ayı” adları ilə tanınır. Ənənəyə görə, havalar tez-tez dəyişir, bir gün isti, səhəri isə soyuq olur. Xalq arasında deyilir: “Boz ay bozara-bozara keçər”.
Boz Ayın dörd çərşənbəsi - Su, Od, Yel və Torpaq çərşənbələri - Novruz bayramının gəlişini müjdələyir. Bu dövrdə el mərasimləri, kənd təsərrüfatı işləri və yazın gəlişi ilə bağlı ənənələr davam edir.
Xalq təqviminə əsasən, qış fəsli üç mərhələdən ibarətdir:
Böyük Çillə - dekabrın 22-dən yanvarın 30-dək (40 gün)
Kiçik Çillə - yanvarın 31-dən fevralın 20-dək (20 gün)
Boz Ay - fevralın 21-dən martın 21-dək (30 gün)
Beləliklə, Boz Ay qışın son sərt ayı və yazın ilk xəbərçisi hesab olunur.