Şəhriyarın aktivində 2817 xal var. Şəhriyarın aktivində 2817 xal var.
  • Fanat
  • 2 Noyabr 2018 18:28
  •  2 020

Şəhriyar yenə üçüncüdür

Şəhriyarın aktivində 2817 xal var.

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqində əvvəlki mövqedə qalıb.

Reytinqin lideri hazırkı dünya çempionu, norveçli Maqnus Karlsendir (2835). İkinci yeri amerikalı Fabiano Karuana (2832), üçüncü yeri isə Məmmədyarov tutur.

Xatırladaq ki, Maqnus Karlsen və Fabiano Karuana şahmat tacı uğrunda matçda qarşılaşacaqlar. Bu matç noyabr ayında Londonda keçiriləcək.

Qadınların reytinqində çinli Hou İfan (2658) yenə birinci yerdə, onun həmvətəni Tszyuy Ventszyun (2568) ikinci yerdədir. Üçüncü pilləyə ukraynalı Anna Muzıçuk (2564) qalxıb.

Reytinqdə ilk yüzlüyə aşağıda sadalanan Azərbaycan şahmatçıları da daxildir: Teymur Rəcəbov (2757) – 14-cü yer, Arkadi Naydinç (2736) – 20-ci yer, Rauf Məmmədov (2703) – 40-cı yer, Eltac Səfərli (2671) – 72-ci yer və Qədir Hüseynov (2664) – 82-ci yer.(AZƏRTAC)

AzNews.az