"Onu özümlə sərnişin kimi götürmüşdüm". "Onu özümlə sərnişin kimi götürmüşdüm".
  • Fanat
  • 21 Yanvar 2019 17:34
  •  1 553

Şumaxer: Bacım mənə uğur gətirdi

"Onu özümlə sərnişin kimi götürmüşdüm".

Gənc pilot Mik Şimaxer Formula 1 üzrə dördqat dünya çempionu Sebastyan Vettel ilə Almaniyanın heyətində Meksikada keçirilən "Millətlər liqası"nda çıxış edib. Onlar finalda yalnız Skandinaviya komandasına uduzublar.

AzNews.az xəbər verir ki, bu əfsanəvi pilot, yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlunun ROC-da ilk təcrübəsi idi. O, heç kimin gözləmədiyi halda, finala kimi gələrək yalnız təcrübəli pilot Tom Kristensenə uduzdu.

"Meksikalı azarkeşlərin bu qədər fərqli ölkəni təmsil edən yarış iştirakçılarını görməsi əladır. Maraqlı məqamlar çox oldu. Lakin, mən şadam ki, finala qədər əfsanəvi pilotlarla mübarizə apara bildim. Elio Kastroneveşlə yarışa mən bacım Cina-Mariyanı özümlə sərnişin kimi götürmüşdüm. Düşünürəm ki, o, mənə uğur gətirdi. Çünki mən qalib gəldim. Bundan sonra mən artıq pilotların individual çempionatına hazırlaşa bilərəm" - Mik mətbuata açıqlamasında belə deyib.

Qeyd edək ki, Mik Şumaxer artıq Ferrari akademiyasına daxil olub. Formula 2 yarışlarında da çıxış edəcək.

Fəridə Abdulla

AzNews.az