- Fanat
- 2 Aprel 2019 18:43
- 2 266
"Borussiya" baş məşqçisi ilə yollarını ayıracağını açıqladı

Komanda onun rəhbərliyi altında ötən mövsüm Bundesliqada 9-cu olub.
Almaniyanın "Borussiya"(Münhenqladbax) futbol komandası baş məşqçisi Diter Hekkinqlə yollarını ayıracağını açıqlayıb.
55 yaşlı mütəxəssis cari mövsümün sonunda postunu tərk edəcək.
Qeyd edək ki, D.Hekkinq 2016-cı ildən "Borussiya"nın baş məşqçisidir. Komanda onun rəhbərliyi altında ötən mövsüm Bundesliqada 9-cu olub. "Borussiya" cari mövsümdə 27 turdan sonra 47 xalla 5-ci pillədə qərarlaşıb.
AzNews.az