• Fanat
  • 28 Aprel 2019 18:14
  •  673

"Formula-1": Kuboku Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi

Azərbaycan Qran-prisinin qalibi “Mercedes”dən Valtteri Bottas olub.

Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar.

Mükafatçılara kubokları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi “Mercedes”dən Valtteri Bottas olub. İkinci yeri onun komanda yoldaşı Luis Hamilton, üçüncü yeri "Ferrari"dən Sebastyan Fettel tutub.

Konstruktorların yarışında isə "Mercedes" birinci olub. (ona.az)

AzNews.az