Federasiyanın növbəti konfransında bu qərar qəbul edilib. Federasiyanın növbəti konfransında bu qərar qəbul edilib.
  • Fanat
  • 15 İyun 2019 23:02
  •  2 083

Mikayıl Cabbarov növbəti dəfə Badminton Federasiyasının prezidenti seçildi

Federasiyanın növbəti konfransında bu qərar qəbul edilib.

Bu gün Azərbaycan Badminton Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Konfransda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə,Gənclər və İdman Nazirliyinin səlahiyyətli nümayəndəsi Dəniyar Teymurlu,Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri, idmançı və məşqçi heyəti iştirak edib.

Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik edən Çingiz Hüseynzadə ötən 4 il ərzində Azərbaycan Badminton Federasiyasının kifayət qədər tərəqqi etdiyini bildirib. MOK-un vitse-prezidenti xüsusilə badminton üzrə beynəlxalq turnirin Bakıda keçirilməsinin bu idman növünün gələcək inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib.

Konfransda Azərbaycan Badminton Federasiyasının prezidenti vəzifəsinə seçki də keçirilib.Konfrans nümayəndələri Mikayıl Cabbarovu növbəti 4 il müddətinə Azərbaycan Badminton Federasiyası prezidenti vəzifəsinə seçiblər. Hesabat-seçki konfransında keçirilən səsverməyə əsasən Mirzə Orucov, Emin Zeynalov, Balakişi Qasımov növbəti 4 il müddətində vitse-prezident, Nəsimi Musayev isə baş katib vəzifəsini icra edəcək.(qafqazinfo.az)

AzNews.az