30 yaşlı forvard turnirdə 7 oyunda 5 qol vurub 30 yaşlı forvard turnirdə 7 oyunda 5 qol vurub
  • Fanat
  • 20 İyul 2019 12:30
  •  2 271

Nigeriyalı Odion İqhalo Afrika Kuboku turnirinin ən məhsuldar futbolçusu oldu

30 yaşlı forvard turnirdə 7 oyunda 5 qol vurub

Nigeriya millisinin hücumçusu Odion İqhalo Misirdə keçirilən Afrika Millətlər Kuboku turnirinin ən məhsuldar futbolçusu olub.

30 yaşlı forvard turnirdə 7 oyunda 5 qol vurub. Bununla da o, komandasının bürünc medallara layiq görülməsində mühüm rol oynayıb.

Xatırladaq ki, iyulun 17-də turnirdə üçüncü yer uğrunda qarşılaşmada Nigeriya millisi Tunis yığmasını minimal hesabla məğlub edib. Oyunda yeganə qolu 3-cü dəqiqədə Odion İqhalo vurub. Bununla da Nigeriya millisi tarixində səkkizinci dəfə Afrika Millətlər Kubokunun bürünc medallarına sahib olub. (Azərtac)