"Buna görə bizə Lomaçenkonun düşərgəsi lazım olacaq" "Buna görə bizə Lomaçenkonun düşərgəsi lazım olacaq"
  • Fanat
  • 6 Noyabr 2019 22:41
  •  2 852

Həbibin atası Meyvezerlə görüşün şərtlərini açıqladı

"Buna görə bizə Lomaçenkonun düşərgəsi lazım olacaq"

Dünya şöhrətli MMA döyüşçüsü Həbib Nurməhəmmədovun atası bə məşqçisi Abdulmanap Nurməhəmmədov oğlunun amerikalı boksçu Floyd Meyvezerlə mümkün görüşünü “İnstagram”da şərh edib.

O deyib ki, amerikalı idmançının oğlu ilə döyüşmək arzusuna hörmət edir. Amma onu da qeyd edib ki, buna qədər oğlu “UFC tarixində ən yaxşı döyüşü” keçirməli, bundan sonra boksa keçməlidir. O deyib:

“Biz birinci dəfə boksda çıxış edəcəyik. Buna görə bizə Lomaçenkonun düşərgəsi lazım olacaq. Niyə də yox?!”(oxu.az)

AzNews.az