Turnirin yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi bildirilib Turnirin yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi bildirilib
  • Fanat
  • 18 Mart 2020 19:32
  •  4 358

Avropa çempionatının final mərhələsi təxirə salındı

Turnirin yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi bildirilib

UEFA koronavirus pandemiyasına görə daha bir turnirin vaxtını dəyişib.

AzNews.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 21 may - 6 iyun tarixləri arasında Estoniyada keçirilməli olan 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının final mərhələsinin oyunları qeyri-müəyyən müddətədək təxirə salınıb.

Turnirin yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, UEFA daha əvvəl Çempionlar Liqasında 1/4 final mərhələsinin "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya) - "Lion" (Fransa), "Barselona" (İspaniya) - "Napoli" (İtaliya), "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) görüşlərini, AL-in 1/8 final mərhələsinin martın 19-da keçirilməli olan cavab qarşılaşmalarını, Gənclər Liqasında 1/8 və 1/4 final mərhələlərinin 17-20 apreldə oynanılması planlaşdırılan matçlarını təxirə salıb. Həmçinin AVRO-2020-nin vaxtı 2021-ci ilin yayına, Millətlər Liqasının qarşılaşmaları martın 26-dan iyunun 2-nə, finallar isə martın 31-dən iyunun 6-na keçirilib.