• Fanat
  • 7 İyun 2020 13:48
  •  1 331

Makqreqor karyerasını başa vurdu

Bu barədə o, özünün “Twitter”dəki hesabında bildirib

İrlandiyanın MMA döyüşçüsü Konor Makqreqor karyerasının başa çatdığını elan edib.

AzNews.az xəbər verir ki, bu barədə o, özünün “Twitter”dəki hesabında bildirib.

"Salam uşaqlar, mən döyüşlərdən getməyə qərar verdim. Gözəl xatirələrə görə hamıya təşəkkür", - o, sosial şəbəkədəki hesabında yazıb.

Makqreqor paylaşımına anası Marqaretlə fotosunu da əlavə edib. Foto Las-Veqasda çempionluq uğrunda təkbətək döyüşlərdən birindən sonra çəkilib.

"Öz xəyal evini seç, Maqs, mən səni sevirəm! İstədiyin hər şey sənin", - o anasına müraciət edib.

İdmançı yaxın keçmişdə artıq bir neçə dəfə - 2016 və 2019-cu illərdə də MMA-da karyerasının başa çatdığını elan edib. Ancaq son nəticədə bunun yalan olduğu üzə çıxıb.