Bundesliqada 2019/20 mövsümü başa çatıb

Bol qollu keçən son turun 5 matçında böyükhesablı nəticə qeydə alınıb

Almaniya Bundesliqasında 2019/20 mövsümünə yekun vurulub.

AzNews.az-ın məlumatına görə, sonuncu turun qarşılaşmaları eyni gündə və eyni saatda baş tutub.

Bol qollu keçən son turun 5 matçında böyükhesablı nəticə qeydə alınıb.

Keçirilən oyunlarla "Bavariya" və Dortmund "Borussiya"sından sonra "Leypsiq" və Mönhenqladbax "Borussiya"sı müvafiq olaraq 3-4-cü yerləri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıblar.

"Bayer" və "Hoffenhaym" Avropa Liqasının qrup, "Volfsburq" isə təsnifat mərhələsində iştirak hüququ əldə edib.

"Paderborn"la yanaşı, "Fortuna" da elitanı tərk edib. "Verder" isə Bundesliqada qalmaq uğrunda pley-off oyunları keçirəcək.

Son turda bir dəfə fərqlənən "Bavariya"nın hücumçusu Robert Levandovski 34 qolla mövsümü bombardir kimi tamamlayıb.

Almaniya Bundesliqası
XXXIV tur
27 iyun
"Auqsburq" - "Leypsiq" - 1:2
Varqas, 72 - Verner, 28, 82
"Borussiya" M. - "Herta" - 2:1
Hofmann, 7; Embolo, 78 - İbişeviç, 90+1
"Bayer" - "Mayns" - 1:0
Volland, 2
"Borussiya" D. - "Hoffenhaym" - 0:4
Kramariç, 8, 30, 48, 50 (pen.)
"Ayntraxt" - "Paderborn" - 3:2
Rode, 9; Silva, 33; Dost, 52 - Draqer, 55; Miçel, 75
"Frayburq" - "Şalke" - 4:0
Valdşmidt, 20, 57; Şmidt, 38; Holer, 46
"Union" - "Fortuna" - 3:0
Uya, 26; Gentner, 54; Abdullahi, 90
"Verder" - "Köln" - 6:1
Osaka, 22; Raşika, 27; Fullkruq, 29; Klaassen, 55; Osaka, 58; Sargent, 68 - Dreksler, 62
"Volfsburq" - "Bavariya" - 0:4
Koman, 4; Kuysanke, 37; Levandovski, 72 (pen.); Müller, 79