• Fanat
  • 3 Oktyabr 2020 22:46
  •  1 738

"Yuventus" iki əməkdaşına görə təcrid olundu

"Yuventus" oktyabrın 4-də "Napoli" ilə İtaliya A Seriyasının III tur matçında üz-üzə gələcək

İtaliya "Yuventus"unun iki əməkdaşı koronavirusa yoluxub.

AzNews.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, mövcud protokolda nəzərdə tutulan yoxlama zamanı üzə çıxıb. Onlar oyunçu və ya texniki-tibbi personalın üzvləri deyillər. Lakin qayda və protokollara əsasən, bütün komanda dərhal təcrid olunub.

Bu prosedur bütün sağlam futbolçulara və fərdlərə müntəzəm məşq və oyunlarda iştirak imkanı verir. Təcrid olunanların komanda ilə təmas qurmalarına icazə verilmir.

Qeyd edək ki, "Yuventus" oktyabrın 4-də "Napoli" ilə İtaliya A Seriyasının III tur matçında üz-üzə gələcək.