• Fanat
  • 27 Noyabr 2020 22:17
  •  242

“Trabzonspor” səfərdə qələbə qazanıb

Günün yeganə qarşılaşması Ankarada baş tutub

Türkiyə Super Liqasında X tur başlayıb.

AzNews.az-ın məlumatına görə, turun ilk günündə bir oyun keçirilib.

Günün yeganə qarşılaşması Ankarada baş tutub. “Ankaragücü” “Trabzonspor”u qəbul edib.

Bu qarşılaşmada bir qol həlledici olub. İlk yarıda fərqlənən qonaqlar üç xala sevinib.

Qeyd edək ki, turun digər oyunları noyabrın 28-30-da baş tutacaq.

Türkiyə Super Liqası
X tur
27 noyabr
“Ankaragücü” – “Trabzonspor” – 0:1
Baker, 45