Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb
  • Fanat
  • 9 Fevral 2021 18:57
  •  15 641

“Barselona” “Sevilya” matçına 8 itki ilə çıxacaq

Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb

“Barselona” futbol üzrə İspaniya Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Sevilya”ya qarşı keçirəcəyi ilk oyuna ciddi itkilərlə çıxacaq.

AzNews.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə Miralem Pyaniç, Serjinyo Dest və Martin Breytveytin zədə səbəbindən oynaya bilməyəcəyi vurğulanıb.

Daha əvvəl Jerar Pike, Serxio Roberto, Ansu Fati, Filippe Koutinyo və Ronald Arauxonun da eyni səbəbdən görüşdə iştirak etməyəcəkləri açıqlanmışdı.