Həlledici görüşə 9500 azarkeş buraxılacaq Həlledici görüşə 9500 azarkeş buraxılacaq
  • Fanat
  • 4 May 2021 13:24
  •  6 039

Avroliqanın final matçına nə qədər azarkeş buraxılacaq?

Həlledici görüşə 9500 azarkeş buraxılacaq

Bu mövsüm Polşanın Qdansk şəhərində keçiriləcək Avropa Liqasının final matçında azarkeşlər iştirak edə biləcək.

AzNews.az xəbər verir ki, həlledici görüşə 9500 azarkeş buraxılacaq.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, final matçına stadionun tutumunun 25 faizi qədər azarkeş buraxılacağı bildirilib.

Avropa Liqasının final matçı mayın 26-da, “Qdansk” stadionunda keçiriləcək. Finalda “Mançester Yunayted” (İngiltərə) – “Roma” (İtaliya) və “Vilyarreal” (İspaniya) – “Arsenal” (İngiltərə) cütlərinin qalibləri qarşılaşacaq. Komandalar arasında keçirilən ilk oyunlarda “Mançester Yunayted” 6:2, “Vilyarreal” isə 2:1 hesablı qələbə qazanıb.