- Fanat
- 19 Avqust 2022 18:44
- 7 496
"Şamaxı" - "Səbail" oyununda insident

Görüşün baş hakimi Vüqar Həsənli hər iki oyunçunu sarı vərəqə ilə cəzalandırıb
Şamaxıda eyniadlı komanda ilə "Səbail" arasında keçirilən Azərbaycan Premyer Liqasının III turunun açılış oyununda insident baş verib.
Aznews.az xəbər verir ki , buna meydan sahiblərinin kapitanı Elvin Məmmədovun qonaqların hücumçusu Ağabala Ramazanova qarşı kobud oynaması səbəb olub.
Futbolçular oyun epizoduna görə bir-birinin üstünə getsələr də, komanda yoldaşları qalmaqalın böyüməsinə imkan verməyib. Görüşün baş hakimi Vüqar Həsənli hər iki oyunçunu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və "Səbail" hesabda öndədir - 1:0.