Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatının qalibi olub Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatının qalibi olub
  • Fanat
  • 20 Avqust 2022 20:43
  •  8 741

Azərbaycan güləşçisi dünya çempionu olub

Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatının qalibi olub

Aznews.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final görüşündə rumıniyalı Denis Mihayanı 6:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün təmsilçilərimizdən Laçın Vəliyev (87 kq) yarımfinalda çıxış edəcək. Onun rəqibi iranlı Əbülfəzl Əli Çobani olacaq.