- Qərb
- 14:20
- 809
Macarıstan Ukrayna üzrə sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb
Macarıstan Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mümkün danışıqlar üçün platforma rolunu oynaya bilər.
Bu barədə Macarıstanın baş naziri Peter Madyar Almaniyanın "Frankfurter Allgemeine Zeitung" (FAZ) qəzetinə müsahibəsində bildirib.
Siyasətçi qeyd edib ki, Budapeşt həm diplomatik, həm də humanitar sahədə dəstək göstərməyə hazırdır.
“Biz diplomatik və humanitar yardım göstərə bilərik. Macarıstan eyni zamanda danışıqların keçirilməsi üçün məkan rolunu oynaya bilər”, – deyə Madyar bildirib.
Baş nazir vurğulayıb ki, Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi Macarıstanın səlahiyyətlərinə daxil deyil.
Onun sözlərinə görə, belə öhdəlikləri yalnız beynəlxalq ictimaiyyət üzərinə götürə bilər.
Madyar hesab edir ki, Ukrayna böhranının həlli istiqamətində diplomatik səylərin artırılması və tərəflər arasında dialoqun davam etdirilməsi vacib əhəmiyyət daşıyır.
Mövsüm,
AzNews.az