• Fanat
  • 10 Dekabr 2022 02:03
  •  11 507

Final dadında matç: "Qırğın" bitdi. Argentina "zanbağı" penaltilərlə soldurdu

Futbol üzrə dünya çempionatının final dadında matçı başa çatdı. Argentina penaltilər seriyasında Hollandiyaya qalib gələrək beşinci dəfə Dünya Kubokunun yarımfinalçısı oldu.

Oyunun əsas hissəsində Argentina meydana nəzarət edirdi və 2-0 öndə idi.

Lionel Messinin gözəl ötürməsindən sonra 35 dəqiqədə Nahuel Molina Argentinanı önə keçirmiş, 73-cü dəqiqədə isə dünya futbolonun superstarı penaltidən ikinci qolu vurmuşdu. Stadionda çoxluqda olan Argentina azarkeşləri qələbəyə köklənmişkən Vaut Veqhorstun 83 və 90+11 dəqiqələrində vurduğu möhtəşəm qollarla Hollandiya hesabı bərabərlişdirdi. Yarım saatlıq uzatmada hesab dəyişmədiyindən penalti seriyasına start verildi. 3:4 hesabı ilə penalti seriyasında daha dəqiq zərbələr vurmuş Argentina yarım finala yüksələrək Qətərdə zanbaqları soldurdu.

AzNews.az