- Fanat
- 25 Mart 23:07
- 9 413
Üzü AkTÜRKoğlu İrəvanı fəth elədi - MATÇ

Ermənilər Türkün qapısından top keçirə bilmədi
Ermənistan-Türkiyə futbol matçı Türkiyənin qələbəsi ilə başa çatıb.
APA xəbər verir ki, oyun 1-2 hesabı ilə bitib.
Oyunun 10-cu dəqiqəsində hesab açılıb. Ozan Kabakın öz qapısına vurduğu qol Ermənistanı hesabda irəli keçirib.
34-cü dəqiqədə Orxan Kökçünün rəqib qapısına vurduğu qolla hesab bərabərləşib.
63-cü dəqiqədə Kərəm Aktürkoğlunun zərbəsi ilə Türkiyə millisi irəli keçib və hesab oyunun sonunadək dəyişməyib.
Cavab görüşü sentyabrın 8-də İstanbulda keçiriləcək.