- Fanat
- 2 Avqust 2023 17:00
- 14 142
Ramiz Mirzəzadə: “Ümid edirəm ki, komandamız mərhələ adlayacaq"
“Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq. Ağdam təmsilçisi bu gün evdə Polşa “Rakuv”u ilə qarşılaşacaq. Ötən həftə Polşada keçirilən oyunda 3:2 hesabı ilə “Rakuv” qalib gəlmişdi. Bu gün keçirilən oyun barəsində nə düşünürsüz?
Mövzu ilə bağlı AzNews.az-a futbol şərhçisi Ramiz Mirzəzadə açıqlama verib. Futbol şərhçisi qeyd edib ki, “Qarabağ”ın bu oyunda üstün olacaq.
“Ümid edirəm ki, doğma azarkeşlər qarşısında komandamız daha uğurlu oyun keçirərək mərhələ adlayacaq. Səfərdə xüsusilə qapı çərçivəsində buraxdığımız səhvlərə bu gün şahid olmayacağımıza inanıram. Bir sözlə, rəqib minimal üstünlük əldə etmiş olsa da, avrokubok təcrübəsi daha çox olan “Qarabağ”ın Polşa çempionu səddini keçəcəyinə ümid edirəm”.
Ayan Rzayeva